Şahmatçımız Avropa çempionatında növbəti qələbəsini qazanıb

Şahmatçımız Avropa çempionatında növbəti qələbəsini qazanıb

Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, yarışda səkkiz azərbaycanlı şahmatçı çıxış edir.

4-cü tur şahmatçılarımız üçün uğursuz alınıb. Onlardan 4-ü məğlubiyyət yaşayıb, 2 təmsilçimiz qələbə qazanıb, 2-i heç-heçəyə razılaşıb.

Üç turdan sonra ən yaxşı vəziyyətə malik olan Gövhər Beydullayeva növbəti qələbəsini qazanıb. O, liderdən yarım xal geri qalır. Gülnar Məmmədova qələbə sayəsində 16-cı pilləyə yüksəlib.

Avropa çempionatından Dünya kubokuna da on vəsiqə veriləcək.

Ümumilikdə yarışda 34 ölkədən 137 şahmatçı iştirak edir.

4-cü turda Azərbaycan şahmatçılarının rəqibləri:

Mariya Brunello (İtaliya) - Gövhər Beydullayeva - 0:1
Səbinə İbrahimova - Meri Arabidze (Gürcüstan) - 0:1
Stavrula Tsulakidu (Yunanıstan) - Ayan Allahverdiyeva - 1:0
Mariya Gevorqyan (Ermənistan) - Ülviyyə Fətəliyeva - 1:0
İnna Qaponenko (Ukrayna) - Lalə Hüseynova - 1:0
Kata Karaçoni (Macarıstan) - Gülnar Məmmədova - 0:1
Anastasiya Avramidu (Yunanıstan) - Nərmin Abdinova - 0,5:0,5
Türkan Məmmədyarova - Emiliya Diak (Rumıniya) - 0,5:0,5