"Kəpəz"in tacikistanlı futbolçusu: "Təəssüf ki, "Səbail"lə oyunda tapşırığın öhdəsindən gələ bilmədik"

"Kəpəz"in tacikistanlı futbolçusu: "Təəssüf ki, "Səbail"lə oyunda tapşırığın öhdəsindən gələ bilmədik"

Təəssüf ki, "Səbail"lə oyunda tapşırığın öhdəsindən gələ bilmədik.

"Report"un məlumatına görə bunu "Kəpəz"in tacikistanlı futbolçusu Şervoni Mabatşoev klubun mətbuat xidmətinə açıqlamasında Misli Premyer Liqasının XXVIII turunda qarşılaşdıqları "Səbail"lə matçın nəticəsini dəyərləndirərkən deyib.

Futbolçu evdə qəlbə qazana bilmədiklərinə görə məyusluğunu dilə gətirib:

“Əvvəl də demişdim, indi də o fikirdəyəm ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur. Əsas olan komandanın qələbəsidir, azarkeşləri sevindirməyimizdir. Bakı klubu ilə eyni məqsəd üçün mübarizə aparırıq və turnir cədvəlində qonşuyuq. Evdə də oynadığımıza görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. Bunun əvəzini çıxmağa çalışacağıq”.

24 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “Sabah”la görüşə kökləndiklərini deyib:

“Səfərdə oynayacağıq. Əslində bütün matçlar bizim üçün evdən kənardadır. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Ona görə bu qarşılaşmadan da uğurlu nəticə ilə ayrılmaq istəyirik. “Sabah” güclü rəqibdir. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilər lazımı tövsiyyələrini verirlər. Azarkeşlərimizi qalib gəlməklə sevindirmək istəyirik. Onların inamını yenidən qazanmalıyıq”.

Qeyd edək ki, XXVIII turda baş tutan "Kəpəz" - "Səbail" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Gəncə klubunun yeganə qolunu matçın 41-ci dəqiqədə məhz Ş.Mabatşoev vurub.

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Futbol
Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb