"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

“Neftçi”nin futbolçusu Kenni Sayef peşəkar karyerasına 2010-cu ildə İsrail təmsilçisi “Bney Saxnin”də başlayıb.

ABŞ-da anadan olmasına baxmayaraq, futbolun sirlərini İsraildə öyrənən yarımmüdafiəçi bu iki ölkədə oynamaqla yanaşı, Almaniya, Belçika və Polşada legioner həyatı yaşayıb.

29 yaşlı Sayef bu ilin iyulunda “Anderlext”dən “Neftçi”yə keçib.

Həm İsrail, həm də ABŞ millisinin formasını geyinmiş Kenni Sayef “Report”un suallarını cavablandırıb.

- Premyer Liqanın 16-cı turunda əzəli rəqib “Qarabağ”la bu gün keçiriləcək oyundan nə gözləyirsiniz?

- Maraqlı mübarizə olacaq. Hər iki komanda üçün çətin oyun keçəcəyini gözləyirəm.

- Aradakı 9 xallıq fərqi nəzərə alsaq, razısınız ki, məğlub olsanız, çempionluqdan böyük ölçüdə əlinizi üzəcəksiniz?

- Biz oyun-oyun baxırıq, yalnız qarşıdakı matç barədə düşünürük. Bizim üçün hazırda ən vacibi “Qarabağ”la görüşdür. Bir həftə əvvəl hansı nəticəni göstərdiyimiz və ya iki həftə sonra nə edəcəyimiz indi o qədər də vacib deyil.

- Azərbaycana və ölkə futboluna tam uyğunlaşa bilmisiniz?

- Tam uyğunlaşdığımı deyə bilmərəm. Ancaq getdikcə çempionatı daha yaxşı tanımağa başlamışam. Ümumiyyətlə, yeni qurulmuş heyət olduğumuz faktını qeyd etmək istərdim. Hazırda ehtiyac duyduğumuz tək şey zamandır.

- Son illər Azərbaycanla İsrail arasında bütün sahələrdə münasibətlər daha da yaxşılaşıb. Bunu ölkəmizdə insanların sizə qarşı münasibətində hiss edirsiniz?

- Mən əslində siyasətlə məşğul deyiləm. Amma oradan-buradan eşidirəm ki, münasibətlər yaxşıdır.

- İsrail, Almaniya, Belçika, ABŞ, Polşa kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan futbolu onlardan nə ilə fərqlənir?

- Düzü, adlarını çəkdiyiniz çempionatların hamısı bir-birindən fərqlidir. Bəli, Azərbaycan liqasında da fərqlər var.

- Azərbaycan kubokunun 1/4 finalında “Zirə” ilə qarşılaşacaqsınız. Bu turnirdəki şansınızı necə görürsünüz?

- Hazırda bütün diqqətimizi bugünkü oyuna cəmləmişik. Yalnız “Qarabağ”la görüşdən sonra diqqətimizi “Zirə”ylə matça yönəldəcəyik.

- “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində 2014-2018-ci illərdə formasını geyindiyiniz “Gent”lə qarşılaşacaq. Bu cütlükdə hansı komandanı növbəti raunda yaxın görürsünüz?

- Hər iki komanda çox güclüdür. Taktiki baxımdan yaxşı təşkilatlanıblar və maraqlı duel olacaq. “Gent” adətən avrokuboklarda uğurlu çıxış edir. Bu cütlükdə də Belçika klubunu favorit hesab edirəm. Ancaq heç kim deyə bilməz ki, “Qarabağ” onlar üçün asan rəqib olacaq.

- Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsi başa çatmaq üzrədir. 2017-2018-ci illərdə şərəfini qoruduğunuz ABŞ yığmasının 1/8 finala vəsiqə qazanması sizi təəccübləndirmədi?

- Mən bir amerikalı kimi ABŞ millisini dəstəkləyirəm. Demək olar ki, heyətdəki bütün futbolçularla birgə oynamışam. Orada çoxlu dostlarım var, yaxşı çalışırlar. Onların bu nəticələrinə görə çox şadam.

- Bəs hansı komandanı mundialın favoriti hesab edirsiniz?

- Braziliya yığması çox yaxşıdır. Cənubi Amerika təmsilçisi ilə yanaşı, İspaniya, Argentina, Portuqaliya və Fransa da dünya çempionatının favoritləridir.

Futbol
"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Futbol
Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Futbol
Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb