“Naxçıvan”ın məşqçisi: “Bu cür səhvlərə yol verməyəcəyik”
“Naxçıvan” basketbol komandasının köməkçi məşqçisi Güray Yıldız “Sabah” ilə oyundan (89:111) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, o, matçı dəyərləndirib.
"Matça pis başladıq. Baş məşqçimiz Murat Dikmenin yoxluğunu çox hiss etdik. Pley-offlar öncəsi qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik. Komandamıza və baş məşqçimizə güvənirik".

https://qalaba.az//uploads/photo/naxchivanin-meshqchisi-bu-cur-sehvlere-yol-vermeyeceyik.webp