8 aprel Dünya Qrizmann Günü - Maraqlı statistika
Bu gün - 8 aprel Dünya Qrizmann Günüdür.
Apasport.az xəbər verir ki, bunun səbəbi "Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizmannın 3 uşağının da 8 aprel-də dünya gəlməsidir.
2016-cı il təvəllüdlü Mia adlı qızı və 2019-cu il təvəllüdlü Amaro adlı oğlu olan Qrizmannın 2021-ci ildə Alba adlı daha bir oğlu olub.
Qrizmann övladlarının eyni gündə doğulmalarının tamamilə təsadüf olduğunu deyib.
2021-ci ildə bu maraqlı təsadüfün "Ginnesin Rekordlar Kitabı"na düşəcəyi müzakirə mövzusuna çevrilib.
Lakin sonradan məlum olub ki, amerikalı "Cummins" ailəsinin 1952-1966-cı illərdə 5 övladı dünyaya gəlib. Onların doğum günü isə 20 fevrala təsadüf edib.

https://qalaba.az//uploads/photo/8-aprel-dunya-qrizmann-gunu-maraqli-statistika.webp