İngiltərə növbəti mövsüm ÇL-də azı 5 komanda ilə təmsil olunacaq

İngiltərə növbəti mövsüm ÇL-də azı 5 komanda ilə təmsil olunacaq

Növbəti mövsüm futbol üzrə İngiltərə Premyer Liqasının azı beş komandası Çempionlar Liqasına vəsiqə qazanacaq.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.

Bildirilib ki, “Arsenal”ın “Real Madrid” üzərində Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda qazandığı qələbədən sonra İngiltərənin gələn mövsüm Çempionlar Liqasında minimum beş komanda ilə təmsil olunması təmin edilib. Belə ki, üç Avropa turnirinin hər hansı birində bir qələbə İngiltərə üçün beşinci yeri təmin edəcəkdi.

İki əlavə yer UEFA-nın əmsal cədvəlində ölkələrin reytinqinə əsasən verilir.

Qeyd edək ki, Premyer Liqanın lideri vahid lideri “Liverpul”dur (73 xal), onun ən yaxın təqibçisi isə “topçular”dır (62). İlk üçlüyü isə “Nottinhem Forest” (57) qapayır. Turnir cədvəlinin dördüncü pilləsi ilə onuncu pilləsini cəmi səkkiz xal ayırır ki, bu da Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizəni daha da gərgin edir.

Əgər “Aston Villa” bu il Çempionlar Liqasını qazanarsa, lakin yerli çempionatda Avropanın ali turnirinə vəsiqə qazana bilməzsə, “Mançester Yunayted” və ya “Tottenhem” isə Avropa Liqasını qazanarsa, İngiltərə 2025/2026 mövsümündə ÇL-də yeddi komanda ilə təmsil oluna bilər.

İtaliya əmsal reytinqində ikinci yerdədir, onu ardınca İspaniya və Almaniya gəlir.

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

Futbol
“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"