AFFA-nın baş katibi Fransada bir sıra görüşlər keçirib
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
QELEBE.AZ xəbər verir ki, Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.
O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Qavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanda futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

https://qalaba.az//uploads/photo/affa-nin-bash-katibi-fransada-bir-sira-gorushler-kechirib.webp