Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Yurqorden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.
Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.
Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/azerbaycanli-numayende-ilk-defe-avrokuboklarin-14-finalinda.webp