İngiltərə Premyer Liqası: “Liverpul”u çempionluqdan cəmi iki qələbə ayırır

İngiltərə Premyer Liqası: “Liverpul”u çempionluqdan cəmi iki qələbə ayırır

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Liverpul” Londonun “Vest Hem”ini qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Endrü Medlinin idarə etdiyi matç “Enfild”də baş tutub.

Ötən tur 204 günlük aradan sonra Premyer Liqada məğlub olan “qırmızılar” “çəkicdöyənlər”lə oyuna çoxsaylı hücumlarla başlayıblar. Bunun nəticəsində matçın 16-cı dəqiqəsində misirli vinger Məhəmməd Salahın ötürməsindən sonra ekvadorlu Luis Dias topu tora qovuşdurub. Arne Slotun komandası təzyiqi sürdürsə də, ilk yarıda başqa qol vurulmayıb.

İkinci hissənin ortalarına doğru təşəbbüsü ələ alan “Vest Hem”in hesabı bərabərləşdirmək üçün bir neçə fürsəti olsa da, qonaqlar buna nacaq avtoqol sayəsində nail olublar: 86-cı dəqiqədə müdafiəçilər Vircil van Dayk və Endrü Robertsonun inamsız oyunu nəticəsində ikinciyə toxunan top Alissonun qoruduğu qapıya daxil olub – 1:1. Bununla belə, Qrem Potterin yetirmələrinin sevinci çox çəkməyib. Üç dəqiqə sonra Vircil van Dayk argentinalı yarımmüdafiəçi Aleksis Makallisterin künc ötürməsindən “qırmızlar”ın ikinci qoluna imza atıb və oyunda son nöqtəni qoyub: “Liverpul” – 2, “Vest Hem” – 1.

Beləliklə, 76-cı xalını toplayan “Liverpul”u çempionluğunun rəsmiləşməsindən cəmi iki qələbə (6 xal) ayırır. Onun ən yaxın təqibçisi “Arsenal”dır – 63 xal. “Vest Hem” isə 25 xalla 17-ci pillədə qalıb. Komandanı liqadan düşmə zonasından – 18-ci pillədən 14 xal ayırır.

Qeyd edək ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir. Çempionata mayın 25-də yekun vurulacaq.

Futbol
Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi