Azərbaycan millisinin baş məşqçisi: "UEFA İnkişaf Turniri futbolçular üçün yaxşı şansdır"

Azərbaycan millisinin baş məşqçisi: "UEFA İnkişaf Turniri futbolçular üçün yaxşı şansdır"

UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində yerli komanda ilə keçirilən ilk oyunla bağlı (0:1) AFFA-nın mətbuat xidmətinə danışarkən deyib bildirib:

O, sözügedən turnirdə layiqli çıxış etmək istədiklərini bildirib:

“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu. Bu dəfə 10 yeni futbolçu dəvət etmişik. UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə ki, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə keçirəcək.

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

Futbol
Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadr"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadr"

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib