Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi"

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi"

Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın üzgüçülük millisinin məşqçisi Rəşad Əliyev Çexiyada keçirilən dünya çempionatına lisenziya xarakterli XXXII Ostrava Qran-prisində qazanılan nəticələri dəyərləndirərkən deyib.

Mütəxəssis nəticələrdən tam razı qalmadıqlarını bildirib:

“Çexiyadakı Qran-pridə Azərbaycanı 9 idmançı və 3 məşqçi ilə təmsil etdik. Yarışa 5 ölkədən 350-dən çox idmançı qatılmışdı. Azərbaycanla yanaşı, Çexiya, Fransa, Sloveniya və Polşa da təmsil olunurdu. İdmançılarımız 2 qızıl, 8 gümüş, 7 bürünc medal qazandılar. Süleyman İsmayılzadə 804 balla yarışın ikinci ən güclü idmançısı seçildi. Oqtay Hüseynov isə 798 balla üçüncü oldu. Nəticələrdən tam razı qalmadıq. Çünki medalların sayı daha çox ola bilərdi. Idmançılardan bəziləri gözləntiləri doğrultmadılar".

O, iştirak edəcəkləri növbəti yarışlarla bağlı sualı da cavablandırıb:

“Növbəti həfəfimiz U-23 Avropa çempionatıdır. Slovakiyada baş tutacaq yarışda 23 yaşa qədər idmançılarımız - Ramil Vəlizadə, Əbdürrəhman Rüstəmov, Rəşad Ağaquliyev və Fatimə Alkərəmova iştirak edəcək. Daha sonra, iyulda Slovakiyada yeniyetmələrin Avropa çempionatı təşkil olunacaq. Bu yarışda Süleyman İsmayıılzadə və Oqtay Hüseynov güclərini sınayacaqlar. Süleyman 400 və 1500 metr məsafəyə sərbəst üsulda dünya çempionatına lisenziya qazanıb. Dünya çempionatının iyulun sonu-avqustun əvvəlində Sinqapurda keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan üzgüçüləri Qran-pridə ümumilikdə 17 medal qazanıblar.

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub