FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

Dekabrın 2-5-də Bakı İdman sarayının arenasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, çempionatda 68 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 500-ə yaxın cüdoçu mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 7 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan çempionu adına layiq görülüb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Cüdo Federasiyasının təsis etdiyi medal təqdim olunub.

FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, Nazir Talıbov 2023-cü ilin yanvar ayında Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə “Grand Prix”də iştirak edəcək.

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Döyüş növləri
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq