Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək
“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu karyerasını doğma ölkəsində davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, 35 yaşlı forvard Cənubi Afrikanın I Liqa təmsilçisi “Marmo Qallants”la anlaşma əldə edib.
Xatırladaq ki, Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarına qədər “Qarabağ”ın heyətində çıxış edib. O, Ağdam klubunda 54 rəsmi oyuna çıxıb, 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/sabiq-quotqarabagquotli-vetenine-qayitdi-birinci-liqada-chixish-edecek.webp