"Kəpəz"in futbolçusu: "Klubda heç kim Premyer Liqanı tərk edəcəyimizi düşünmür"

"Kəpəz"in futbolçusu: "Klubda heç kim Premyer Liqanı tərk edəcəyimizi düşünmür"

Klubda heç kim Premyer Liqanı tərk edəcəyimizi düşünmür.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belaruslu müdafiəçi Misli Premyer Liqasının XXX turunda qarşılaşdıqları "Araz-Naxçıvan" ilə oyun barədə danışıb:

“Məncə, yaxşı qarşılaşma alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu. Hər iki tərəfin də qələbə qazanmaq şansları var idi. Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır”.

Xvalko 8 xallıq fərqə baxmayaraq, “sarı-göylər”in elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini düşünür:

“Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdı. Amma çempionat bitməyib. Daha çox xal yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə də qalxa bilərik. “Sumqayıt” və “Şamaxı” ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq”.

O, komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib:

“Kollektivdə oyunçular bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır”.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XXXI turunda səfərdə "Şamaxı" ilə qarşılaşacaq.

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb