Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəlib
UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün keçirilib.
“Fiorentina” doğma meydanda “Sele” ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, İtaliya təmsilçisi yarımfinala yüksəlib.
“Betis” Polşada “Yagelloniya” ilə görüşüb. Ümumi hesabda rəqibini üstələyən ispaniyalılar yarımfinala vəsiqə qazanıb.
“Çelsi” “Legiya” ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi məğlub olsa da, adını növbəti mərhələyə yazdırıb.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab görüşləri
20:45. “Fiorentina” - “Sele” 2:2
İlk oyun - 2:1.
20:45. “Yagelloniya” - “Betis” 1:1
İlk oyun - 0:2.
23:00. “Çelsi” - “Legiya” 1:2
İlk oyun - 3:0.
23:00. “Rapid” - “Yurqorden” 1:4
İlk oyun - 1:0.

https://qalaba.az//uploads/photo/konfrans-liqasi-chelsi-ve-betis-yarimfinala-yukselib.webp











