Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.
QELEBE.AZ xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.
Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatına sabah yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/veteran-stolustu-tennischilerin-azerbaycan-chempionati-bashlanib.webp