Goranboyda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı başa çatıb

Goranboyda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı başa çatıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda məşqçilər üçün təşkil etdiyi peşəkar inkişaf proqramı başa çatıb.

ACF-nin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, proqramda son sessiyalarda milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov antogenez, aşağı yaş qruplarında cüdoçular üçün fiziki yüklənmə normaları, bu prosesin kreativ yolları və idman qidalanması mövzularında təqdimatla çıxış edib.

ACF-nin Təhsil şöbəsinin müdiri Orxan Oruczadə isə klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması barədə iştirakçılara məlumat verib.

Bundan əlavə, Orxan Səfərov və Asiman Allahverdiyev uşaqlarda cüdo vərdişlərinin formalaşması, koordinasiya və sürətin inkişafı üçün vacib hərəkətlər üzrə praktiki təlimlər keçiblər.

Yekunda iştirakçılar praktiki imtahan verib və nəzəri bilikləri yoxlanılıb. Sınaqları uğurla başa vuran 29 məşqçi-müəllimə ACF tərəfindən sertifikat təqdim olunub.

Altı gün davam edən proqramda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçilər iştirak ediblər.

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb