"Real" təslim olmur: Kritik 3 xal

"Real" təslim olmur: Kritik 3 xal

Futbol üzrə İspaniya çempionatında XXXII turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, "Real" doğma meydanda "Atletik"i qəbul edib.

Görüşün taleyini 1 qol həll edib. 

Matçın uzatma dəqiqələrində Fede Valverde möhtəşəm qolla komandasına qələbə qazandırıb: 1:0.

Bu qələbədən sonra xallarının sayını 69-a yüksəldən "kral klubu" lider "Barselona"nın 4 xal gerisində, 2-ci pillədə qərarlaşıb.