“Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, oyunu izləmək istəyənlər 3, 7 və ya 15 manatlıq bilet əldə etməlidirlər.

Biletlər artıq iTicket.az-da onlayn satışdadır. Oyun günü isə həm “iTicket.az”da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satış təşkil olunacaq.

Qeyd edək ki, qarşılaşma aprelin 23-də keçiriləcək. İlk matçda “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.