“Xilasedici” bürünc medala sahib çıxdı

“Xilasedici” bürünc medala sahib çıxdı

Bu gün kişi voleybolçuların Yüksək Liqasında ilk mükafatçı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, “Xilasedici” və “Neftçi” üçüncü yer uğrunda ikinci oyuna çıxıb.

Qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib.

“Xilasedici”yə bürünc medal qazanmaq üçün ən azı 2 setdə qalib gəlmək kifayət edib. Amma komanda bu dəfə qələbəni bayram edərək, medala layiq olduğunu sübuta yetirib. Onlar "Neftçi"yə 3:1 hesabı ilə qalib gəliblər.

Yüksək Liqa (kişilər)
Üçüncü yer uğrunda oyun, ikinci oyun
21 aprel
17:00. “Xilasedici” - “Neftçi” - 3:1 (25:18, 23:25, 25:17, 25:18)

GİN-in Voleybol Mərkəzi
İlk oyun – 3:0

Qeyd edək ki, çempionluq uğrunda aprelin 22-də və 25-də keçiriləcək matçlarda “Azərreyl” “Murov Az Terminal”la qarşılaşacaq.