İngiltərə Premyer Liqası: “Tottenhem” bu mövsüm 18-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Tottenhem” bu mövsüm 18-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem” Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottinhem Forest”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, “Tottenhem Hotspur Stedium”da baş tutmuş oyunu baş hakim Piter Benks idarə edib.

Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə “meşəçilər”in yarımmüdafiəçisi Elliot Anderson ev sahiblərini məyus edib. 16-cı dəqiqədə qonaqlar tablodakı üstünlüyü artırıblar: hücumçu Kris Vud qapıçı Qulyelmo Vikarionu məyus edib. Angelos Postekoqlunun yetirmələrinin gücü isə ancaq bir qola çatıb: 87-ci dəqiqədə braziliyalı forvard Rişarlison qollardan birinin əvəzini çıxıb və yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 33 oyundan sonra 16-cı pillədə qərarlaşan paytaxt təmsilçisinin cəmi 37 xalı var. Bu, “mahmızlar”ın 18-ci məğlubiyyəti olub. Sonuncu dəfə onlar 2003/2004 mövsümündə bu qədər uduzmuşdular. O zaman “Tottenhem” mövsümü 19 məğlubiyyətlə başa vurmuşdu. Şimali London klubunu “Liverpul”, “Kristal Pelas”, “Aston Villa” və “Brayton” qarşı oyunlar gözləyir. Bundan başqa, “mahmızlar” mayın 1-də Norveçin “Budö-Qlimt”i ilə Avropa Liqasının yarımfinalında görüşəcəklər.

33 oyundan sonra 60 xala malik “Nottinhem Forest” isə üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın ən yaxın təqibçiləri “Nyukasl” (59 xal), “Mançester Siti” (58), “Çelsi” (57) və Aston Villa”dır (57). Eyni zamanda, Nunu Santunun yetirmələrini “Arsenal”dan 6 xal ayırır. “Meşəçilər” son 5 oyunda “Brentford”, “Kristal Pelas”, “Lester”, “Vest Hem” və “Çelsi” ilə üzləşəcək. Bundan başqa, onlar aprelin 27-də Pep Qvardiolanın komandası ilə İngiltərə Kubokunun yarımfinal matçında qarşılaşacaqlar.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının vahid lideri Arne Slotun “Liverpul”udur (79). “Topçular”ı 13 xal fərqlə arxasında qoyan “qırmızılar” növbəti turu üç xalla başa vurarsa, 20-ci çempionluqlarını rəsmən elan edəcəklər.

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
"Qarabağ"ın rəqibi afrikalı hücumçu transfer edib

"Qarabağ"ın rəqibi afrikalı hücumçu transfer edib

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib