Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" - "Neftçi" oyununa erkən final kimi baxa bilərik"

Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" - "Neftçi" oyununa erkən final kimi baxa bilərik"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcək "Sabah" və "Neftçi" kollektivlərinin duelini erkən final adlandırmaq olar.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ" və "Araz-Naxçıvan" klublarının sabiq futbolçusu Emin İmaməliyev deyib.

Yığmanın sabiq üzvü Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında üz-üzə gələcək komandaların şanslarını dəyərləndirib:

"İlk oyunda qazandığı qələbəyə görə üstünlük "Araz-Naxçıvan"ın tərəfindədir. Bununla belə, "Qarabağ"ın gücü hər kəsə bəllidir. Premyer Liqada da, demək olar ki, çempionluğu təmin ediblər. Bu baxımdan qızıl dubla imza atmaq istəyəcəklər. Futbol azarkeşləri maraqlı görüşə şahidlik edəcəklər. Çünki "Araz-Naxçıvan" da "döyüşkən" komandadır. Bu qarşılaşmada, cuzi olsa da, "Qarabağ"ı üstün sayıram. Böyük ehtimalla görüşün taleyini dəyişməyə can atacaqlar. Əminəm ki, maraqlı və gərgin oyun olacaq".

Mütəxəssis "Sabah" və "Neftçi" kollektivlərinin duelində tərəflərin şanslarının eyni olduğunu bildirib:

"Hər iki komandanın həlledici mərhələyə çıxmaq şansı 50/50-dir. Baxmayaraq ki, "Sabah" ilk matçda qələbə qazanıb. Lakin nəzərə almaq lazımdır ki, hesab arasındakı fərq elə də böyük deyil. Bu səbəbdən "Neftçi"nin mərhələ adlamaq imkanı qalır. Hər iki komandanın avrokuboklara yolu ölkə kubokundan keçir. Bu qarşılaşmaya erkən final kimi də baxa bilərik".

Qeyd edək ki, aprelin 23-də keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşlərində "Qarabağ" "Araz-Naxçıvan"ı, "Sabah" isə "Neftçi"ni qəbul edəcək. İlk qarşılaşmalarda Naxçıvan təmsilçisi 1:0, "bayquşlar" isə 2:1 hesablı qələbəyə sevinib.

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

Futbol
Çempionlar Liqasının finalının topu bəlli olub

Çempionlar Liqasının finalının topu bəlli olub

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib