Azərbaycan kubokunun final matçının tarixi dəyişdirildi

Azərbaycan kubokunun final matçının tarixi dəyişdirildi

Futbol üzrə Azərbaycan kubokunun final matçının tarixinin dəyişdirilib.

QELEBE.AZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Tarixin dəyişdirilməsinə səbəb mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatının həlledici oyunun iyunun 1-nə təsadüf etməsidir. Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınıb və ölkə kuboku final qarşılaşması bir gün əvvələ, mayın 31-nə təyin olunub.

Qeyd edək ki, matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.