İtaliya A Seriyasında növbəti təxirəsalma
İtaliya A seriyasında növbəti təxirəsalınma yaşanıb.
QELEBE.AZ xəbər verir ki, XXXIV turun aprelin 26-da keçirilməli olan oyunları təxirə salınıb.
Buna səbəb Roma Papası Fransiskin ölümü ilə bağlı ölkədə elan olunmuş 5 günlük matəmdir.
"Komo" - "Cenoa", "İnter" - "Roma" və "Latsio" - "Parma" qeyri-müəyyən vaxta təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşəcək.
Qeyd edək ki, A seriyasında 23-cü turunun dünən keçirilməli olan 4 matçı da baş tutmayıb.

https://qalaba.az//uploads/photo/italiya-a-seriyasinda-novbeti-texiresalma.webp