ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb

ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) mühüm beynəlxalq nailiyyət əldə etmiş və Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.

"QELEBE.AZ" xəbər verir ki, milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunan mükafat federasiyanın bu sahədə apardığı uğurlu fəaliyyətin təzahürü hesab edilib.

Bu uğur ölkə rəhbərliyinin atçılıq idman növünün inkişafına göstərdiyi ali diqqətin növbəti göstəricisidir.

ARAF son illər ərzində ölkə daxilində və xaricində bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların və maarifləndirici proqramların təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib.

VII Etnosport Forumu dünyanın 60-dan çox ölkəsindən nümayəndələrin, dövlət və ictimai təşkilatların, beynəlxalq qurumların və etnoidman üzrə mütəxəssislərin iştirakı ilə ənənəvi idman növlərinin təşviqi və mədəni irsin qorunması istiqamətində keçirilən əhəmiyyətli beynəlxalq tədbir olub.

Forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb