Sərxan Hacıyev UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

Sərxan Hacıyev UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

QELEBE.AZ xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək.

AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.