Texniki məğlubiyyətlə cəzalandırılan Naxçıvan komandalarının problemləri açıqlanıb

Texniki məğlubiyyətlə cəzalandırılan Naxçıvan komandalarının problemləri açıqlanıb

AFFA İntizam Komitəsi tərəfindən ötən gün texniki məğlubiyyətlə cəzalandırılan Naxçıvan komandalarının üzləşdiyi problemin səbəbi müəyyənləşib.

Bu barədə “Report”a Naxçıvan Futbol Federasiyasının koordinatoru Sərvin Heydərov məlumat verib.

Qurum rəsmisi Naxçıvan zonasında oyunların Əsasnaməyə uyğun keçirildiyini söyləyib:

“Bu məsələni hazırda müzakirə edirik. Naxçıvan zonasında 128 oyundan, demək olar ki, 99 faizi baş tutub. Yalnız üç matçda problem yaranıb. Bəziləri yetərsay olmadığına görə baş tutmayıb. Məsələn, hava soyuq olub, hansısa valideyn uşağını oyuna buraxmayıb. Bəziləri müəyyən problemlər səbəbindən gecikib deyə, matç keçirilməyib. Bilirsiniz ki, Əsasnaməyə görə hansısa komanda vaxtında oyuna gəlmirsə, meydana buraxılmır. Digər bütün matçlar Əsasnaməyə uyğun şəkildə keçirilib. Hakimlər də AFFA tərəfindən təyin olunmuşdu. Təşkilatçılıqla bağlı heç bir problem yoxdur”.

O, texniki məğlubiyyətlə üzləşən komandaların növbəti oyunlara çıxacağını vurğulayıb:

“Təbii ki, cəza veriləndə narahatlıq keçiririk. Federasiya olaraq həmin komandaları və futbolçuları qazanmaq üçün çalışırıq. Növbəti oyunların hamısının baş tutmasına çalışacağıq”.

Qeyd edək ki, AFFA U-14 Liqasında UGİM (Ordubad) və UGİM (Babək) komandaları təyin edilən vaxtda meydana çıxmadıqlarına görə oyunun keçirilməməsi səbəbindən 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər. AFFA U-13 Liqasında çıxış edən Sədərək rayonunun UGİM kollektivi isə heyətində yetəsay olmadığına görə oxşar şəkildə cəzalandırılıb.

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Futbol
FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib