"Azərreyl"in voleybolçusu Yüksək Liqanın qalibi olmalarını şərh edib
"Azərreyl"in qadınlardan ibarət voleybol komandasının oyuçusu Anastasiya Şupianiova Yüksək Liqanın qalibi olmalarını şərh edib.
"QELEBE.AZ"un məlumatına görə, o mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.
Voleybolçu qələbəyə inanaraq meydana çıxdıqlarını bildirib:
"Finalın ilk matçında 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq. Mübarizə apardıq və bir-birimizə güvəndik".
Qeyd edək ki, "Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

https://qalaba.az//uploads/photo/azerreylin-voleybolchusu-yuksek-liqanin-qalibi-olmalarini-sherh-edib.webp











