Pedri ən yaxşı adına layiq görüldü
La Liqada ayın futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, aprel ayının ən yaxşısı adına Pedri layiq görülüb.
Bunu yarışın mətbuat xidməti açıqlayıb.
"Barselona"nın futbolçusu bu ay 4 görüşdə meydana çıxıb.
O, səsvermədə Xulian Alvares ("Atletiko"), Georgi Mamardaşvili ("Valensiya"), Xavyer Puado ("Espanyol") və Serxi Darderi ("Malyorka") geridə qoyub.

https://qalaba.az//uploads/photo/pedri-en-yaxshi-adina-layiq-goruldu.webp