Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

"Hakim protokola nəsə yazıb. Amma inanın səmimiyyətimə, mən söyüş söyməmişəm, təhqiredici ifadələrdən istifadə etməmişəm".

Bunu "Report"a açıqlamasında "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayev AFFA İntizam Komitəsi (İK) tərəfindən təhqirə görə 3 ay müddətinə futboldan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, sadəcə görüşün baş hakiminə jest edib: "Matçdan sonra meydanda dava düşmüşdü. Adətən meydana girən insan deyiləm. Düşdüm ki, aranı sakitləşdirim. Yan xətt hakimləri ilə görüşdüm, referiyə isə əl uzatmadım".

O, referinin ad-soyadını bilmədiyini söyləyib: "Deyəsən, Məhəmməd idi, onu "Maqa" kimi tanıyıram. Oyundan öncə, fasilədə onunla görüşmüşdüm. Çünki bizim qonağımız idilər. Hörmətlə yanaşmağa borcluyuq. Etdiyim hərəkətin arxasında dururam. Söyüş söysəydim, deyərdim ki, etmişəm. Sadəcə, qərarlarına etirazımı jestlə bildirmişəm. Əlimi uzadıb geri çəkmişəm. Onunla görüşmək istəməmişəm. O da insandır, yəqin, bunu hörmətsizlik kimi qəbul edib. Fikirlərinə hörmətlə yanaşıram. Dediyim kimi, heç kəsi vurmamışam, təhqir etməmişəm. Bu hərəkətə yol vermişəm və boynuma da alıram".

İsayevin sözlərinə görə, protokolda bunun niyə təhqir kimin qeyd olunduğu ona da qaranlıq qalıb: "Görüş bitdikdən və komandalar getdikdən sonra hakim-inspektor Munis Abdullayevlə aşağı düşdüm ki, ədalət təmsilçilərini yola salım. Həmin vaxt referi mənə dedi ki, Yaşar Abuzərov onu söyüb. Bunu protokolda qeyd edəcəyini bildirdi. Mən də söylədim ki, belə bir şey varsa, yazın. Son olaraq isə dedi ki, sizin etdiyiniz jesti də yazacağam. Mən də öz növbəmdə bildirdim ki, etmişəmsə, yaza bilərsiniz. Son söhbətimiz belə oldu".

Koordinator İK-in qərarına hörmətlə yanaşdığını vurğulayıb: "Neçə il federasiyada işləmişəm, milli komandalarda çalışmışam. Mərhələ adlamışıq, bayrağımızı yüksəltmişik. Keçə bilməyəndə də istefa verib getmişəm. Ən azından buna görə qərara hörmətlə yanaşıram. Çünki onlar orada olmayıblar axı. Hakim nə yazıbsa, ona uyğun qərar veriblər".

O, cəzadan apellyasiya şikayəti verildiyini də əlavə edib: "Sağ olsun klub rəhbərliyi, arxamdadır, yanımdadır. Mənə inanırlar. Bundan sonrakı qərara da hörmətlə yanaşacağam".

Qeyd edək ki, Mirbağır İsayev U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etdiyi üçün cəzalanıb.

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
"Mançester Yunayted" "Everton"a qalib gəlib

"Mançester Yunayted" "Everton"a qalib gəlib

Futbol
Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb