Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb
Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" "Eyüpspor"un qonağı olub.
QELEBE.AZ xəbər verir ki, Viktor Osimhen 29-cu dəqiqədə Sallainin qoluna assistentlik edib, 71-ci dəqiqədə isə qola imza atıb.
Ulduz futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 36 matçda 31 qol vurub, 8 məhsuldar ötürmə edib.
Beləliklə, Osimhen karyera rekordunu yeniləyib.
Osimhen daha əvvəl 2022-2023 mövsümündə "Napoli"də 31 qol vurmuşdu. 26 yaşlı futbolçu bu mövsüm 36 matçda bu rəqəmə çatıb.
Qeyd edək ki, nigeriyalı forvard mövsüm bitmədən bir qol vursa, karyera rekordunu yeniləyəcək.

https://qalaba.az//uploads/photo/osimhen-rekordunu-quotqalatasarayquotda-tekrarlayib.webp