Dumfris hamını qabaqladı
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, ötən gün "Barselona" "İnter"lə qarşılaşıb.
Dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3.
Görüşdən sonra oyunun ən yaxşı futbolçusu bəlli olub. Bu ada milanlıların müdafiəçisi Denzel Dumfris layiq görülüb.
Niderland millisinin üzvü matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, Dumfris 2021-ci ildən "İnter"in şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

https://qalaba.az//uploads/photo/dumfris-hamini-qabaqladi.webp