Millilərimiz hazırlıqlara başlayıblar
Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Toplanışa mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.

https://qalaba.az//uploads/photo/millilerimiz-hazirliqlara-bashlayiblar.webp