Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və EJU-ya göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cüdo Federasiyası olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, bu həftə ölkədə üç beynəlxalq yarışın baş tutduğunu xatırladıb: "Bütün iştirakçılara uğurlar arzulayıb. Güclü qalib gəlsin".

Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner EJU-nun prezidenti Laslo Totun salamlarını çatdırıb:

"Bütün cüdo ailəsi adından Azərbaycan Cüdo Federasiyasına bu yarışı təşkil etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qubadakı Avropa Kuboku əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. Quba Avropa Kuboku 2025-i açıq elan etdiyim üçün qürur duyuram”.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA