Vaqif Cavadov: "Ola bilsin ki, "Sumqayıt" rəhbərliyinin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur"

Vaqif Cavadov: "Ola bilsin ki, "Sumqayıt" rəhbərliyinin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur"

Bu gün "Sumqayıt"ın baş məşqçi vəzifəsindən ayrılan Vaqif Cavadov müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinə münasibət bildirib.

"QELEBE.AZ"a açıqlama verən mütəxəssis rəhbərliyin qərarına hörmətlə yanaşdığını bildirib.

"Rəhbərliyin qərarıdır və hörmətlə yanaşıram. Sağ olsunlar ki, Premyer Liqada ilk baş məşqçi kimi təcrübəni mənə "Sumqayıt" rəhbərliyi yaşatdı. Mənə güvəndilər. Düşünürəm ki, öz növbəmdə klubu ən yaxşı şəkildə təmsil etdim. Qarşıma avrokuboklara düşmək məqsədi qoyulmamışdı. Hədəfimiz elitadakı yerimizi qorumaq idi ki, bunun da öhdəsindən gəlməyi bacardıq. Sadəcə, mövsümün son oyunlarında nəticələr ürəkaçan olmadığına görə belə bir qərar qəbul edildi. Hazırda PRO kateqoriyası üzrə məşqçilik kursum davam edir. Klubun aşağı yaş qruplarından ibarət komandalarından birində fəaliyyətimi davam etdirəcəyəm", - deyə V.Cavadov vurğulayıb.

Millinin sabiq üzvü klub rəhbərliyin yeni mövsümdə ona şans verməməsi barədə danışıb:

"Ola bilsin ki, rəhbərliyin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur. Mən bunu normal qarşılayıram. Bu cür prosseslər futbolun içində var. İnanıram ki, növbəti illərdə yenidən böyük təkliflər alacağam. Rəhbərliklə bugünkü görüşümzdə bildirildi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm".

35 yaşlı mütəxəssis bundan sonra yaxşı təkliflərə açıq olduğunu vurğulayıb:

"Əlbəttə, yaxşı təkliflərə hər zaman açıq olacağam. Artıq Premyer Liqada baş məşqçi kimi təcrübəm var. Bu iş elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Ona görə baş məşqçi kimi fəaliyyətimi davam etdirib, Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Lakin hazırda "Sumqayıt"dakı işimə davam edəcəyəm. Hansı yaş qrupunda çalışacağım dəqiq deyil".

Qeyd edək ki, Vaqif Cavadovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onunla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu pillədə yer alıb. 

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

Futbol
Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb