Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi Azərbaycanda eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, yarışda əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.

Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.

Yarışlarda iştirak ödənişsizdir. Qeydiyyat üçün [email protected] e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrənizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə saat 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.

Yarışlar aşağıdakı idman komplekslərinin üzgüçülük hovuzlarında keçiriləcək:

1.​Abşeron Olimpiya İdman Kompleksi

2.​Ağcabədi Olimpiya İdman Kompleksi

3.​Astara Olimpiya İdman Kompleksi

4.​Balakən Olimpiya İdman Kompleksi

5.​Beyləqan Olimpiya İdman Kompleksi

6.​Bərdə Olimpiya İdman Kompleksi

7.​Biləsuvar Olimpiya İdman Kompleksi

8.​Cəlilabad Olimpiya İdman Kompleksi

9.​Gəncə Olimpiya İdman Kompleksi

10.​Goranboy Olimpiya İdman Kompleksi

11.​Göyçay Olimpiya İdman Kompleksi

12.​Göygöl Olimpiya İdman Kompleksi

13.​Hövsan Olimpiya İdman Kompleksi

14.​Xaçmaz Olimpiya İdman Kompleksi"

15.​İmişli Olimpiya İdman Kompleksi"

16.​İsmayıllı Olimpiya İdman Kompleksi"

17.​Kürdəmir Olimpiya İdman Kompleksi

18.​Qusar Olimpiya İdman Kompleksi

19.​Lənkəran Olimpiya Idman Kompleksi

20.​Sumqayıt Olimpiya İdman Kompleksi

21.​Şağan Olimpiya İdman Kompleksi

22.​Şəki Olimpiya İdman Kompleksi

23.​Şəmkir Olimpiya İdman Kompleksi

24.​Şirvan Olimpiya İdman Kompleksi

25.​Tərtər Olimpiya İdman Kompleksi

26.​Tovuz Olimpiya İdman Kompleksi

27.​“Kür” Olimpiya Tədris İdman Mərkəzi

28.​Bakı Su İdman Sarayı

29.​Sərhədçi İdman Olimpiya Mərkəzi

30.​Bakı Tennis Akademiyası

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Fərdi
Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb