Azərbaycan millisinin futbolçusu: "Belə bir vəziyyətdə "Radomyak"da qalmağın mənası yoxdur"

Azərbaycan millisinin futbolçusu: "Belə bir vəziyyətdə "Radomyak"da qalmağın mənası yoxdur"

Belə bir vəziyyətdə "Radomyak"da qalmağın mənası yoxdur.

Bunu "QELEBE.AZ"a açıqlamasında Polşanın "Radomyak" komandasının futbolçusu Rahil Məmmədov deyib.

Azərbaycan millisinin müdafiəçisi cari mövsümün sonunda böyük ehtimalla klubdan ayrılacağını söyləyib:

"Bu mövsüm başa çatdıqdan sonra klubla birillik müqaviləm qalır. Lakin böyük ehtimalla sözləşməmə xitam veriləcək və komandadan ayrılacağam. Mən də meydana çıxmaq, komandama kömək etmək istəyirəm. Lakin görünən odur ki, baş məşqçinin oyun planlarına daxil deyiləm. Belə bir vəziyyətdə "Radomyak"da qalmağın mənası yoxdur. Futbolda bu cür hallar olur, narahatlığa əsas yoxdur. Ümid edirəm ki, özümə uyğun klub tapacağam və karyeramı davam etdirəcəyəm".

29 yaşlı futbolçu Azərbaycan klublarından birinə qayıdacağını istisna etməyib:

"Az əvvəl də vurğuladığım kimi, futbolda hər şəy ola bilər. Azərbaycan Premyer Liqasında klub sayı da artırılıb. Bəlkə elə bir təklif alaram ki, ölkəmə qayıdaram. Təbii ki, bu, klubun iddiasından və digər şərtlərdən asılıdır. Lakin Avropada oynamaq, Azərbaycanı xaricdə təmsil etmək daha yaxşıdır".

Futbol
Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
İran millisinin qapıçısı üçün mundial başa çatıb

İran millisinin qapıçısı üçün mundial başa çatıb

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"