“Sabah” beynəlxalq turnirə qələbə ilə start verib
"Sabah"ın U-10 komandası “East Cup Kazan” beynəlxalq futbol turnirində ilk oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, təmsilçimiz turnirə qələbə ilə start verib.
Masazır təmsilçisi birinci matçında Tacikistanın “Babilon” komandasına 2:1 hesabıyla qalib gəlib.
Görüşdə "Sabah"ın hər iki qolunu Onur Əlili vurub.

https://qalaba.az//uploads/photo/sabah-beynelxalq-turnire-qelebe-ile-start-verib.webp