Azərbaycan taekvondoçusu: "Dünya birinciliyində qazanılan medal mənim üçün böyük motivasiyadır"

Azərbaycan taekvondoçusu: "Dünya birinciliyində qazanılan medal mənim üçün böyük motivasiyadır"

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində keçirilən dünya birinciliyində bürünc medal qazanmaq Azərbaycanın yeniyetmə taekvondoçusu Saleh Heydərov (57 kq) üçün böyük motivasiyadır.

İdmançı bu barədə "Report"a açıqlama verib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb:

“Dünya birinciliyində iştirak etmək və bürünc medal qazanmaq həm qürurverici, həm də məsuliyyətlidir. Bu, mənim ilk dünya birinciliyim idi. Rəqabət çox yüksək idi, hər döyüş öz çətinliyi ilə yadda qaldı. Finala yüksələ bilməməyim əsasən təcrübəmin azlığı ilə bağlıdır. Amma qarşıma qoyduğum məqsəd uğrunda sonadək mübarizə apardım. Bu medal mənim üçün təkcə uğur deyil, həm də gələcək yarışlarda daha yüksək nailiyyət qazanmaq üçün böyük motivasiyadır".

Saleh Heydərovun sözlərinə görə, bu nəticənin əldə olunmasında mərhələli təlim-məşq toplanışlarının rolu böyük olub:

“Hər şey planlı şəkildə həyata keçirildi. Məşqçilərimizlə birlikdə mərhələli təlim-məşq toplanışları keçdik, fiziki və taktiki hazırlığa ciddi önəm verildi. Azərbaycan Taekvondo Federasiyası rəhbərliyinin göstərdiyi diqqət və qayğı bizə əlavə güc verdi. Federasiya tərəfindən yüksək səviyyəli hazırlıq proseslərində, eyni zamanda beynəlxalq yarışlarda iştirakımız üçün şərait yaradılmışdı. Bu dəstəyə görə təşəkkür edirəm. Bu il Serbiyada keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarında, Niderlandın 52-ci açıq çempionatında bürünc medallara layiq görülmüşəm. İnanıram ki, növbəti yarışlarda daha uğurlu nəticələr əldə edəcəyəm".

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Fərdi
Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"

Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"