Orxan Məmmədov: "Dünya çempionatının hazırlıqları son mərhələyə çatır"
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hazırlıqları son mərhələyə çatır.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bildirib.
O, vətəndaşların yarış üçün təşkil olunmuş “Fan Zona”da öz asudə vaxtlarını keçirə biləcəklərini söyləyib:
"Bu, turnirə marağı daha da artıracaq. Milli Gimnastika Arenasında son işlər görülür. Bir-neçə günə tam hazır olacaq. Hesab edirik ki, mayın 19-da futbol əfsanələri arasında baş tutacaq matç da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Futbol ictimaiyyəti həmin görüşü çox istəyir.
Milli komanda da hazırlığını davam etdirir. Daha əvvəl beynəlxalq turnirdə iştirak etmişik. Bu yaxınlarda turnirdən əvvəl son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik".

https://qalaba.az//uploads/photo/orxan-memmedov-dunya-chempionatinin-hazirliqlari-son-merheleye-chatir.webp











