Dünya çempionatı ilə ələqədar “Fan Zona”nın açılışı olub
Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, bununla əlaqədar mayın 15-də Dənizkənarı Bulvar ərazisində “Fan Zona”nın açılış mərasimi olub.
Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri, şəhərimizin qonaqları iştirak ediblər.
Qeyd edək ki, "Fan Zona" mayın 31-nə qədər fəaliyyətini davam etdirəcək.

https://qalaba.az//uploads/photo/dunya-chempionati-ile-eleqedar-fan-zonanin-achilishi-olub.webp