"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazanıb

"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazanıb

Londonun "Kristal Pelas" komandası İngiltərə Kubokunun final matçında "Mançester Siti" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, görüş Londondakı "Uembli" stadionunda keçirilib.

Oyunun 16-cı dəqiqəsində qələbə qolunu Ebereçi Eze vurub. 36-cı dəqiqədə "Mançester Siti"nin hücumçusu Omar Marmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. "Kristal Pelas"ın qapıçısı Din Henderson zərbəni qaytarıb.

"Kristal Pelas" İngiltərə Kubokunun finalına tarixində üçüncü dəfə çıxıb və ilk dəfə bu turnirin qalibi olub. 1990 və 2016-cı illərdə London təmsilçisi finalda "Mançester Yunayted"ə uduzub. Əvvəllər komanda yalnız İngiltərə çempionatının aşağı divizionlarında və regional turnirlərdə qalib gəlib.

"Mançester Siti" isə tarixində 14-cü dəfə İngiltərə Kubokunun finalında oynayıb və bu, ardıcıl üçüncü final olub. 2023 və 2024-cü illərdə komanda "Mançester Yunayted" ilə finalda qarşılaşıb – birinci oyunu "Mançester Siti", ikinci oyunu isə rəqibləri qazanıb. Ümumilikdə, "Mançester Siti"nin İngiltərə Kubokunda yeddi qələbəsi var. İlk qələbə 1904-cü ildə qazanılıb.

Qələbə sayəsində Premyer Liqada mövsümün bitməsinə iki tur qalmış 12-ci pillədə olan "Kristal Pelas" UEFA Avropa Liqasına vəsiqə qazanıb – bu, Çempionlar Liqasından sonra Avropanın ikinci ən nüfuzlu klub turniridir. London təmsilçisi avrokuboklarda sonuncu dəfə 1998-ci ildə iştirak edib – həmin vaxt İntertoto Kubokunda yarışaraq üçüncü mərhələdə Türkiyənin "Samsunspor" klubuna məğlub olub.

Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol
“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub