Redon Cica: "Qarabağ"da qalmağı düşünürəm"

Redon Cica: "Qarabağ"da qalmağı düşünürəm"

"Qarabağ"ın hücumçusu Redon Cica cari mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

"QELEBE.AZ"a açıqlama verən 26 yaşlı hücumçu Ağdam təmsilçisi ilə müqaviləsinin davam etdiyini xatırladıb.

"Mənim bu komanda ilə sözləşməm davam edir və buna uyğun davranmalıyıq. Demək lazımdırsa, "Qarabağ"da qalmaq mənim üçün xoşdur. Bu klubda qalmağı düşünürəm", - deyə o bildirib.

R.Cica ötən gün Misli Premyer Liqasının XXXV turunda qarşılaşdıqları "Kəpəz"lə (3:0) oyundan sonra baş tutan mükafatlandırma mərasimi ilə bağlı danışıb:

"Bütün mövsüm boyunca çalışırsan, vuruşursan və nəhayət, istədiyini əldə edəndə çox sevinirsən. Biz də çox sevincliyik. Çempion olmaq möhtəşəm hissdir. Əla bir mövsümü arxada qoyduq. Rəqiblərimiz bizə qarşı xüsusi motivasiya ilə hazırlaşırdılar. İnanıram ki, uğurlu çıxışımızın davamı Çempionlar Liqasında gələcək".

Qeyd edək ki, bir müddət Albaniya millisinin də formasını geyinən Redon Cica "Qarabağ"a 2023-cü ildə ölkəsinin "Tirana" klubundan keçib.

Futbol
Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb