Salah Premyer Liqada 300-cü matçını keçirib
İngiltərə çempionatının 37-ci turunda "Liverpul" "Brayton"a 2:3 hesabı ilə məğlub olub.
Salahın Premyer Liqa statistikası
Apasport.az xəbər verir ki, bu, "qırmızılar"ın aparıcı hücumçusu Məhəmməd Salah üçün Premyer Liqada keçirdiyi 300-cü matç olub.
Premyer Liqada afrikalı futbolçuların oyun statistikası
Salah Afrika qitəsini təmsil edən futbolçular arasında belə yüksək göstəriciyə çatan IV futbolçu olub.
Onu cəmi 3 nəfər qabaqlayır - Kolo Ture (353 matç), Vilfrid Zaha (305) və Cordan Ayyu (303).
Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.

https://qalaba.az//uploads/photo/salah-premyer-liqada-300-cu-matchini-kechirib.webp