Bakıda beşinci start - Minifutbol üzrə dünya çempionatının tarixi

Bakıda beşinci start - Minifutbol üzrə dünya çempionatının tarixi

Mayın 21-də Bakıda minifutbol üzrə dünyan çempionatına start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 32 ölkənin komandası mübarizə aparacaq.

Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki, Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Azərbaycan yığması A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə üz-üzə gələcək.

Digər qrupların tərkibi belədir:

B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Bu, Dünya Minifutbol Federasiyasının (WMF) təşkilatçılığı ilə baş tutan beşinci mundial olacaq. Əvvəlki dörd yarışda ümumilikdə 63 ölkənin millisi iştirak edib.

WMF-nin ilk turniri 2015-ci ildə ABŞ-də gerçəkləşib. 12 komandanın iştirak etdiyi yarışda meydan sahibləri çempion olub. Meksika yığması ikinci yeri tutubsa, Braziliya üçüncü, Rumıniya dördüncü sırada qərarlaşıb. ABŞ-dən Kreyq Çiles mundialın ən yaxşı oyunçusu, onun həmyerlisi Denni Valtman (10 qol) isə bombardiri olub.

2017-ci ildə Tunisdə keçirilmiş dünya çempionatında komanda sayı artırılıb. 24 millinin qatıldığı yarışda Çexiya yığması sevinən tərəf olub. Meksika bu dəfə də ikinci yerlə kifayətlənib. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Seneqal və İspaniya qərarlaşıblar. Tunisli Ouday Belhaj ən yaxşı oyunçu adına layiq görülüb. İspaniyalı Fransisko Kastano (10 qol) bombardir adına sahib çıxıb.

İki il sonra - 2019-cu ildə Avtraliya ev sahibi kimi mundialı təşkil edib. Bu dünya çempionatında millilərin sayı 32-yə çatdırılıb. İlk iki turnirdə gümüş medallara sahib çıxan Meksika bu dəfə istəyinə çataraq qızıl mükafatçı olub. Braziliya yarışı ikinci, Rumıniya üçüncü, Macarıstan isə dördüncü pillədə başa vurub. Meksikalı Moyzes Qonsales ən yaxşı oyunçu, çexiyalı Ondrey Padera (10 qol) bombardir olub.

Mundial 2021-ci ildə koronavirus pandemiyası səbəbindən təşkil edilməyib.

Nəhayət, növbəti dünya çempionatı 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutub. 2022-ci ildə Avropa çempionu titulunu qazanan Azərbaycan millisi bu yarışda dördüncü yeri tutub. Komanda üçüncü yer uğrunda qarşılaşmada Macarıstana 1:3 hesabı ilə uduzub. Penaltilər seriyasında (əsas vaxt - 2:2) Qazaxıstanı üstələyən Rumıniya kollektivi qızıl medal əldə edib. Rumıniyalı Draquş Nitu ən yaxşı oyunçu, onun həmyerlisi Marius Qabriel Baloq (6 qol) bombardir üçün nəzərdə tutulan mükafatı alıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının final oyunu iyunun 1-də keçiriləcək.

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Futbol
Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Futbol
Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib