Elgün Abbaslı mükafatlandırılıb
II Liqada "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
"Füzuli"nin futbolçusu Elgün Abbaslı mükafatlandırılıb.
Aprel ayının ən yaxşı qolunun müəllifinə təltif olunma mərasimi XXVI turun "Füzuli" – "Lerik" oyunundan əvvəl baş tutub. Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

https://qalaba.az//uploads/photo/elgun-abbasli-mukafatlandirilib.webp