“Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək
“Barselona” futbolçusu Rafinya ilə müqaviləni uzadacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Kataloniya klubu braziliyalı hücumçu ilə sözləşməni 2028-ci ilin yayına kimi artıracaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm 56 oyunda 34 qol vurub, 25 məhsuldar ötürmə edib.

https://qalaba.az//uploads/photo/barsa-braziliya-millisinin-uzvu-ile-muqavile-yenileyecek.webp