Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar

Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar

"Bakı" adı altında Rusiyada keçirilən "Qəbələ kuboku"na qatılan Azərbaycanın boks millisi yarımfinala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, yığma yarışa 1/4 finaldan başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.