"Real" və "Çelsi" futbolçularını dəyişə bilər

"Real" və "Çelsi" futbolçularını dəyişə bilər

"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes ilə maraqlanır.

Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, ispanlar argentinalını yayda transfer etmək istəyir.

"Çelsi" yarımmüdafiəçini satmağı planlaşdırmır.  Lakin "Real" "mavilər"ə Enzonun braziliyalı Rodriqo ilə dəyişməsini təklif edə bilər.

"Transfermarkt" Fernandesin dəyərini 75 milyon avro, Rodriqonun qiymətini isə 100 milyon avro olaraq qiymətləndirir.