"Qalatasaray"da ayrılıq

"Qalatasaray"da ayrılıq

"Qalatasaray" futbolçusunu icarəyə göndərməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı müdafiəçi Elis Jelerti bir mövsümlük icarəyə verməyə hazırdır.

Onun xidmətində sabiq komandası “Kopenhagen” maraqlıdır.

Jelertin Danimarka klubuna 1 illik icarəyə veriləcəyi gözlənilir.

O, bu mövsümün əvvəlində “Kopenhagen”dən “Qalatasaray”a keçmişdi. 21 yaşlı futbolçunun Türkiyə klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.